
Hava çirkliliyi insan sağlamlığına ciddi təsir göstərir və xüsusilə ağciyərlərə ziyan vurur. Foodinfo.az xəbər verir ki, həkim-pulmonoloq Cimmi Yohannes “Women’s Health” nəşrinə açıqlamasında bildirib ki, gündəlik meyvə yemək ağciyərləri çirkli havanın təsirindən qorumağın sadə və təsirli yoludur.
Həkim vurğulayıb ki, bu üsulun effektivliyi yeni aparılmış araşdırmalarla təsdiqlənib: meyvə sevən şəxslərdə hava çirkliliyinə məruz qaldıqdan sonra ağciyərlərin fəaliyyəti daha az zəifləyib, meyvə yeməyənlərə nisbətən daha az zərər görüb. Onun sözlərinə görə, bu, meyvələrin tərkibindəki iltihab əleyhinə təsir göstərən maddələrdən irəli gəlir. Bu maddələr oksidləşmə gərginliyinə qarşı qoruyucu rol oynayır və ağciyərlərin sağlam qalmasına kömək edir.
Cimmi Yohannes əlavə edib ki, nəzərəçarpacaq fayda yalnız meyvələri gündəlik və kifayət qədər çox miqdarda qəbul etdikdə əldə edilir. O, hər gün ən azı 400 qram müxtəlif meyvələr yeməyi tövsiyə edib.
Həkim həmçinin qeyd edib ki, meyvələrin tərkibindəki antioksidantlar və vitaminlər orqanizmin ümumi müdafiəsini gücləndirir, nəfəs yollarını sağlam saxlayır və çirklənmiş havanın mənfi təsirini xeyli azaldır.
Sadə və əlçatan bu üsul, xüsusilə şəhər şəraitində yaşayan insanlar üçün ağciyərləri qorumağın təbii və təhlükəsiz yolu hesab olunur.