
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yerli istehsal müəssisələrinə məxsus 19 litrlik qablaşdırılmada olan içməli sular və yol kənarlarında, binaların həyətlərində quraşdırılmış modul tipli su aparatları ilə bağlı aparılan monitorinq çərçivəsində Qazax-Tovuz regional inzibati ərazi vahidində fəaliyyət göstərən 2 istehsal müəssisəsindən, həmçinin 6 sahibkara məxsus ümumilikdə 10 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Sınaq nəticələri uyğunsuz olan sahibkarlıq subyektlərində plandankənar yoxlamalar keçirilib və təkrar nümunələr götürülərək müayinələrə cəlb olunub. Su istehsalı müəssisələri və modul tipli su aparatları barəsində toxunulmazlıq qərarı verilib, fəaliyyətləri müvəqqəti dayandırılıb. Müayinələr nəticəsində müəssisələrdə istehsal edilən suların təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanmasa da, modul tipli su aparatlarından götürülmüş nümunələrdə aşkarlanmış uyğunsuzluqla əlaqədar inzibati protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.






