
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) müasir texnologiyalara əsaslanan innovativ platformadır.
Bu barədə Foodinfo.az-a AQTA-dan bildirilib.
AQTİS ilə:
- Sahibkarlar müraciətlərini onlayn təqdim edir, nəticələri isə elektron formada almaq imkanına sahib olur.
- Bu həm vaxt itkisini azaldır, həm də sənədləşməni sadələşdirərək şəffaflığı təmin edir.
Bir sözlə, AQTİS sahibkarlar üçün dövlət xidmətlərini daha sürətli, şəffaf və effektiv edən universal rəqəmsal platformadır.

