Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş təşkil olunub.

Bu barədə Foodinfo az-a Agentlikdən məlumat verilib.

Görüşdə “Bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” imzalanmış Anlaşma Memorandumunun müddəalarının icrası müzakirə olunub. Ölkə daxilində məhdud dairələrdə tətbiq olunan zərərverici orqanizmlərin siyahısı və idxal karantin tələbləri barədə qarşı tərəfə ətraflı məlumat verilib. 

Görüş zamanı Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığına yumurta, ət, süd məhsulları və fitosanitar nəzarət altında olan digər kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələləri diqqət mərkəzində olub. Həmçinin, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.