Salat hazırlayarkən duzun ən sonda əlavə olunması daha düzgün hesab edilir. Bunun əsas səbəbi tərəvəzlərin tərkibindəki suyun duzun təsiri ilə tez ayrılmasıdır.

Duz tərəvəzlərin üzərinə erkən əlavə edildikdə onların hüceyrələrindən su çıxmağa başlayır. Bu isə salatın sulu olmasına və tərəvəzlərin təravətini itirməsinə səbəb olur.

Xüsusilə pomidor, xiyar və kahı kimi tərəvəzlər duza qarşı daha həssasdır. Duz erkən əlavə olunduqda bu tərəvəzlər tez yumşalır və salatın görünüşü də dəyişə bilər.

Salatın həm dadlı, həm də təravətli qalması üçün duzun süfrəyə verməyə yaxın vaxtda əlavə edilməsini tövsiyə edilir. Bu üsul tərəvəzlərin həm xırtıldayan quruluşunu, həm də təbii dadını qorumağa kömək edir.