Gündəlik qidalanmada tez-tez istifadə olunan ispanağın sağlamlıq üçün gözləniləndən daha çox faydası olduğu bildirilir. Yaşıl yarpaqlı bu tərəvəz orqanizmin bir çox sisteminə müsbət təsir göstərən təbii vitamin və mineral mənbəyi hesab olunur.
Foodinfo.az ispanağın faydalarını təqdim edir:
1. Beyin və yaddaş üçün dəstək
İspanaq tərkibindəki fol turşusu və antioksidantlar sayəsində beyin fəaliyyətini gücləndirir, yaddaşı yaxşılaşdırır və diqqəti artırır. Xüsusilə məktəbli uşaqlarda zehni yorğunluğun azalmasına kömək edir.
2. Yorğunluğa qarşı təbii dəstək
Dəmir və maqneziumla zəngin olan ispanaq qan hüceyrələrinin yaranmasına yardım edir. Bu isə orqanizmdə halsızlıq və yorğunluq hissinin azalmasına səbəb olur.
3. Göz sağlamlığı üçün faydalı təsir
Ispanaqda olan lutein və zeaksantin maddələri gözləri qoruyur, ekran istifadəsindən yaranan yorğunluğu azaldır və görmə sağlamlığını dəstəkləyir.
4. Sümük sistemini möhkəmləndirir
K vitamini və kalsiumla zəngin olan bu tərəvəz sümüklərin möhkəmlənməsinə kömək edir və sümük zəifliyi riskini azaldır.
5. Ürək-damar sağlamlığını dəstəkləyir
Ispanağın müntəzəm istifadəsi qan dövranını yaxşılaşdırır və damar sağlamlığını qorumağa yardım edir.
6. İmmuniteti gücləndirir
Tərkibindəki vitamin C və antioksidantlar orqanizmin xəstəliklərə qarşı müdafiə sistemini gücləndirir.
7. Arıqlama prosesinə dəstək
Aşağı kalorili olması səbəbilə ispanaq uzun müddət toxluq hissi yaradır və sağlam qidalanma proqramlarında geniş istifadə olunur.
İspanağı çiy salat kimi və ya az bişmiş halda istifadəsi daha faydalıdır, çünki bu zaman vitaminlərin bir hissəsi daha yaxşı qorunur.
İspanaq sadə tərəvəz kimi görünsə də, müntəzəm və düzgün şəkildə istifadə edildikdə orqanizm üçün güclü təbii dəstək rolunu oynayır.






