Qarpızın saxlanma şəraiti onun dadına və keyfiyyətinə birbaşa təsir göstərir. Foodinfo.az xəbər verir ki, bu barədə “Qanun və sağlamlıq” Fondunun “Qida məhsulları” istiqamətinin rəhbəri Olqa Aniçenkova məlumat verib.

Ekspertin sözlərinə görə, qarpızı əvvəlcədən yumaq düzgün deyil. Çünki yuyucu vasitə meyvənin təbii qoruyucu qatını aradan qaldırır və onu kif və mikroblara qarşı daha həssas edir.

Aniçenkova bildirib ki, qarpızı soyuducuda saxlamaq da məsləhət deyil. Belə halda meyvənin içi boşalır, toxuması yumşalır və şirinliyi azalır.

Onun sözlərinə görə, ən yaxşı üsul qarpızı qaranlıq və sərin yerdə saxlamaqdır. Məsələn, şkafın altında və ya qapalı tumbada bu məqsədlə əlverişli şərait yaradıla bilər.

Mütəxəssis əlavə edib ki, ev şəraitində qarpız iki həftəyədək öz təravətini qoruya bilir.