Xolesterin hüceyrələrin normal işləməsi, qidanın həzm olunması və bir çox hormonların sintezi üçün insana lazımdır. Lakin onun artıqlığı insult və ya ürəyin işemik xəstəliyinə səbəb ola bilər. Bəs hansı məhsullar bu göstəricini normada saxlamağa kömək edir? 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mixail Ginzburg "RİA FederalPress"ə danışıb.

"Tərkibində kifayət qədər pəhriz lifi olan qidalar xolesterini azaltmağa kömək edəcək. Bunlar tərəvəz, meyvə, kobud üyüdülmüş undan hazırlanan çörək, dənli bitkilər, paxlalılardır. 

Bu siyahıya, həmçinin, omeqa-3 ilə zəngin olan yağlı dəniz balıqlarını da əlavə etmək olar.

Bu halda yağlı dəniz balığı qarabaşaq və tərəvəzli salat ilə əla  seçim sayıla bilər.

"Pis" xolesterin olduqca asan şəkildə əmələ gəlir: orqanizm artıq mövcud xolesterindən öd turşuları əmələ gətirir. Onlar bağırsaqlarda öd kisəsindən ifraz olunur, yenidən qana sovurulur, daha sonra isə yenə xolesterin əmələ gəlməsində istifadə olunur.

Məhz yuxarıda sadalanan məhsullardakı qida lifləri bu prosesə mane olur. Onlar bu turşuların bir hissəsinin qarşısını alır və onların geri sovurulmasına imkan vermir.

Fərid