Gündəlik qidalanmada ləbləbinin istifadəsi immunitet sistemini gücləndirməyə kömək edir. Zülal, B qrupu vitaminləri, maqnezium və sinklə zəngin olan bu qida orqanizmin müdafiə mexanizmlərini gücləndirir.

Foodinfo.az xəbər verir ki, ləbləbi antioksidant xüsusiyyətlərə malikdir və hüceyrələrin zədələnməsinin qarşısını alır. Bu isə həm xəstəliklərə qarşı müqaviməti artırır, həm də bədənin enerjili qalmasına dəstək olur.

Qidalanma mütəxəssisləri qeyd edirlər ki, ləbləbinin tərkibindəki sink və dəmir immun hüceyrələrin fəaliyyətini gücləndirir, maqnezium isə sinir sistemini sakitləşdirərək stressə qarşı müqaviməti artırır.

Bununla yanaşı, ləbləbi yüksək lif tərkibi ilə həzm sistemini dəstəkləyir və sağlam bağırsaq mikroflorasının qorunmasına kömək edir. Bu da dolayısı ilə immunitetin güclənməsində mühüm rol oynayır.

Ləbləbi gündəlik qidalanmada ölçülü şəkildə istifadə olunsa və xüsusilə payız-qış mövsümündə immuniteti zəifləyən şəxslərin rasionuna əlavə edilsə, çox faydalı olar.