
Mütəxəssislər dəfnə yarpağı çayının faydaları ilə yanaşı, istifadəsində ehtiyatlı olmağın vacibliyini vurğulayır. Doğru miqdarda qəbul edildikdə bu içki həm həzm sisteminə, həm də immunitetə müsbət təsir göstərir.
Foodinfo.az xəbər verir ki, dəfnə yarpağı çayını gündə 1–2 fincan içmək kifayətdir. Həddindən artıq istifadəsi qaraciyərə və böyrəklərə əlavə yük sala bilər.
Mütəxəssislər bu çayın fasilələrlə qəbul edilməsini və 2 həftədən artıq ardıcıl içilməməsini tövsiyə edirlər.
Hamilə qadınlar, süd verən analar, şəkər, ürək-damar, qaraciyər və böyrək xəstəliyi olan şəxslər dəfnə yarpağı çayını yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etməlidirlər.
Gündəlik normadan artıq qəbul edildikdə mədə narahatlığı, allergik reaksiyalar və hətta qaraciyər zədələnməsi riski yarana bilər.
Dəfnə yarpağı çayı faydalı təbii vasitə sayılsa da, onu düzgün miqdarda və həkim göstərişi ilə istifadə etmək sağlamlıq üçün daha təhlükəsizdir.