Son illərdə idmana marağın artması ilə yanaşı, əzələ kütləsini artırmaq mövzusu da gündəmdədir.

Foodinfo.az xəbər verir ki, düzgün məşq qədər qidalanma da əzələ böyüməsində əsas rol oynayır. Bəzi qidalar bu prosesi sürətləndirir və bədəni daha sağlam edir.

1. Yumurta 

Yumurta yüksək keyfiyyətli zülal və B12 vitamini ilə əzələlərin bərpasına və böyüməsinə yardımçı olur.

2. Az yağlı ətlər 

Bu ətlər həm yüksək zülal, həm də az yağ tərkibi ilə idmançılar üçün ən çox seçilən qidalardandır.

3. Qırmızı ət 

Mal əti tərkibindəki zülal və kreatinlə gücü artırır, əzələ kütləsinin formalaşmasına kömək edir.

4. Yağlı balıqlar

Somon və skumbriya kimi balıqlarda olan omega-3 yağ turşuları əzələ zədələnməsini azaldır, bərpa müddətini sürətləndirir.

5. Süd və süd məhsulları 

Xüsusilə kəsmik və qatıq əzələlərin inkişafında mühüm rol oynayır.

6. Paxlalılar və toxumlar

Noxud, mərcimək, lobya, həmçinin qoz-fındıq, badam və çia toxumu həm zülal, həm də sağlam yağlarla bədəni gücləndirir.

7. Tam taxıllar 

Qəhvəyi düyü, yulaf və qarabaşaq məşq zamanı enerji itkisini azaldır, bədəni güclü saxlayır.

Əzələ yığmaq istəyənlər yalnız zülala deyil, həm də balanslı şəkildə karbohidrat və sağlam yağlara üstünlük verməlidirlər. Düzgün qidalanma müntəzəm məşqlə birləşdirildikdə nəticə daha tez görünür.