
Gözlərin sağlam qalması üçün yalnız gigiyena və düzgün istirahət kifayət deyil, həm də gündəlik rasionda doğru qidaların seçilməsi böyük rol oynayır.
Foodinfo.az xəbər verir ki, bəzi qidalar gözləri xəstəliklərdən qorumaq, görməni gücləndirmək və yaşla bağlı problemlərin qarşısını almaq gücünə malikdir.
1. Yerkökü
A vitamini ilə zəngindir. Bu vitamin gözün tor qişasının normal fəaliyyəti üçün vacibdir və gecə korluğunun qarşısını alır.
2. Balıq
Somon, sardina və skumbriya kimi yağlı balıqlar omega-3 yağ turşularının əsas mənbəyidir. Onlar göz quruluğunu azaldır və tor qişanı qoruyur.
3. Yumurta
Sarı hissəsində lutein və zeaksantin adlı antioksidantlar var. Bu maddələr makula degenerasiyasına (görmə zəifliyi) qarşı qoruyur.
4. Yaşıl yarpaqlı tərəvəzlər
İspanaq, kələm və brokoli lutein və zeaksantin baxımından zəngindir. Həmçinin C və E vitamini ilə gözləri gücləndirir.
5. Qoz-fındıq və toxumlar
Badem, fındıq, günəbaxan tumu E vitamini və omeqa-3 yağları ilə göz hüceyrələrini oksidləşmədən qoruyur.
6. Narıncı meyvələri
Portağal, qreypfrut, limon və mandarin C vitamini ilə zəngindir. C vitamini katarakt riskini azaldır və göz damarlarını gücləndirir.
7. Şirin kartof
Beta-karotin qaynağıdır, A vitamininə çevrilərək göz sağlamlığını qoruyur.
8. Qaragilə və yaban mersini
Antosiyaninlərlə zəngindir, görmə qabiliyyətini yaxşılaşdırır, göz yorğunluğunu azaldır.
Göz sağlamlığını qorumaq üçün bu qidaları gündəlik menyuya əlavə etmək, emal olunmuş qidaları azaltmaq və bol su içmək vacibdir.