Son vaxtlar yayılan fikirlərdən biri də odur ki, hamama və ya saunaya getmək kişilərdə libidonu azalda bilər. Foodinfo.az bildirir ki, uroloq Andrey Smernitski bu iddianın doğru olmadığını açıqlayıb. Onun sözlərinə görə, hamamdan vaxtaşırı istifadə nə cinsi istəyə, nə də reproduktiv sağlamlığa zərər vermir.

Mütəxəssis izah edib ki, normal sperma və testosteron istehsalı üçün xayalarda bədənin ümumi istiliyindən təxminən 1 dərəcə aşağı temperatur saxlanmalıdır. Amma hamamda bu temperaturun müvəqqəti yüksəlməsi orqanizmə uzunmüddətli ziyan vurmur.

“Hamam libidonu öldürmür. Tarixən insanların mütəmadi olaraq hamama getməsi adət idi və hətta bəzi bölgələrdə doğum prosesi də hamamda baş tuturdu”, – deyə uroloq qeyd edib.

Smernitski əlavə edib ki, əsas risk faktoru hamamın özü deyil, isti təsirə uzunmüddətli və davamlı məruz qalmaqdır. Onun sözlərinə görə, eyni müvəqqəti təsiri qrip və ya yüksək hərarətlə keçən digər xəstəliklər də sperma keyfiyyətinə göstərə bilir. Lakin sağlam orqanizm bu dəyişiklikləri qısa müddətdə kompensasiya edir.