Son dövrlər sürətli arıqlamağa kömək etdiyi düşünülən az karbohidratlı pəhrizlər geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, karbohidratların uzun müddət məhdudlaşdırılması orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.

Foodinfo.az karbohidrat çatışmazlığının bədənə olan zərərlərini təqdim edir:

1. Enerji itkisi və yorğunluq

Karbohidratlar bədənin əsas enerji mənbəyidir. Onların çatışmazlığı gündəlik fəaliyyətlərdə tez yorulmaya, halsızlığa və diqqət dağınıqlığına gətirib çıxarır.

2. Beyin funksiyalarına mənfi təsir

Beyin yalnız qlükoza ilə qidalanır. Karbohidrat qəbulunun azaldılması yaddaş zəifləməsi, konsentrasiya çətinliyi və əsəbilik yaradır.

3. Əzələ itkisi

Enerji üçün kifayət qədər karbohidrat olmadıqda, bədən yağ və zülalları parçalamağa başlayır. Bu isə əzələ kütləsinin azalmasına, maddələr mübadiləsinin ləngiməsinə və ümumi zəifliyə səbəb olur.

4. Həzm problemləri

Tam taxıllar, tərəvəz və meyvələrdə olan mürəkkəb karbohidratlar yüksək liflə zəngindir. Onların azaldılması qəbizliyə və bağırsaq mikroflorasının zəifləməsinə gətirib çıxarır.

5. Hormonal balansın pozulması

Uzun müddətli karbohidratsız qidalanma bədənin hormonal sisteminə də mənfi təsir göstərir. Bu, qadınlarda menstrual pozuntulara, ümumilikdə isə immun sisteminin zəifləməsinə səbəb olur.

Karbohidratı tamamilə kəsmək əvəzinə keyfiyyətli mənbələrdən – tam taxıl, tərəvəz, meyvə və paxlalılardan istifadə edilməlidir. Bu, həm bədəni enerji ilə təmin edir, həm də sağlamlığı qoruyur.