Gündəlik qidalanmada həddindən artıq şəkərin orqanizmə ciddi zərər verdiyi bildirilir.

Foodinfo.az xəbər verir ki, şəkərin çox qəbul edilməsi bir sıra sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.

İlk əlamətlərdən biri davamlı yorğunluqdur. Qanda şəkərin sürətlə qalxıb-enməsi enerji balansını pozur və insanı halsız edir.

Digər mühüm xəbərdarlıq isə dəri problemləri ilə bağlıdır. Çoxlu şəkər qəbul edən insanlarda akne və səpgilər müşahidə olunur.

Şəkərdən asılılıq yaradan hal da diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, davamlı şirin istəyi orqanizmin artıq şəkərə öyrəşdiyini göstərir.

Bundan əlavə, çəki artımı, xüsusilə qarın bölgəsində piylənmə riskini artırır. Şəkərin insulin üzərindəki təsiri bədəndə yağ yığılmasına səbəb olur.

Son olaraq, əhval dəyişiklikləri də şəkərin çox qəbulunun əlamətləri sırasındadır. Qanda şəkərin dalğalanması əsəbilik, gərginlik və depressiya meyllərini gücləndirir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, şəkərin normadan artıq istehlakı uzunmüddətli dövrdə daha ciddi xəstəliklərə gətirib çıxara bilər.