
Son illərdə müzakirə olunan və diqqət çəkən qidalardan biri də “Vitamin B17” kimi tanınan amigdalin maddəsidir.
Foodinfo.az xəbər verir ki, rəsmi olaraq vitaminlər siyahısına daxil edilməsə də, xalq arasında bu adla tanınır və bəzi təbii qidaların tərkibində mövcud olur.
Vitamin B17-nin ən çox rast gəlinən mənbələri meyvələrin çəyirdəkləridir. Ərik, şaftalı, alma, gilas və gavalı çəyirdəkləri amigdalinlə zəngin meyvələr qrupundadır.
Eyni zamanda, acı badam, noxud, mərcimək kimi paxlalılar, bəzi toxum və dənli bitkilər də bu maddəni ehtiva edir.
Mütəxəssislər bildirirlər ki, B17 bədənin müdafiə sistemini gücləndirməyə kömək edir. Bəzi araşdırmalar isə onun şiş hüceyrələrinin yayılmasının qarşısını alma potensialına işarə edir. Buna görə də bəzi alternativ təbabət tərəfdarları Vitamin B17-ni xərçəngə qarşı təbii dəstək vasitəsi kimi təqdim edirlər.
Lakin amigdalin orqanizmdə parçalanarkən hidrogen sianid əmələ gələ bilər. Bu maddə çox miqdarda qəbul edildikdə zəhərlənmə riski yarda bilər.
Ərik və ya şaftalı çəyirdəyinin həddindən artıq yeyilməsi toksiki təsir göstərə bilər. Bəzi hallarda ürəkbulanma, başgicəllənmə, hətta ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Mütəxəssislər bu səbəbdən çəyirdəklərin çox miqdarda istehlakını qətiyyən məsləhət görmürlər.
Vitamin B17 daha çox meyvə çəyirdəklərində, acı badamda və bəzi paxlalılarda mövcuddur. Onun orqanizm üçün faydalı təsirləri barədə müxtəlif nəzəriyyələr olsa da, riskləri də az deyil. Buna görə də istifadəsi yalnız balanslı və ehtiyatlı şəkildə olmalıdır.