
Gözlərin qan qoyması (gözün qızarması) çox insanın rastlaşdığı haldır və əksər vaxtlarda ciddi problem yaratmasa da, bəzi hallarda xəstəliklərin xəbərçisi ola bilər.
1. Yorğunluq və yuxusuzluq – kompüter, telefon və televizora uzun müddət baxmaq göz damarlarını gərginləşdirərək qızartıya səbəb ola bilər.
2. Quru göz sindromu – göz yaşının kifayət qədər ifraz olunmaması nəticəsində göz səthi quruyur və damarlar qızarır.
3. Allergiya – toz, polen və digər allergenlər gözlərdə qaşınma, sulanma və qızartı yaradır.
4. İnfeksiyalar – xüsusilə kon’yunktivit (göz iltihabı) gözlərin qızarmasının ən çox rast gəlinən səbəblərindəndir.
5. Göz təzyiqi (qlaukoma) – göz içi təzyiqinin artması qızartı və görmə pozğunluqlarına yol aça bilər.
6. Mexaniki təsirlər – gözə yad cisim düşməsi, güclü ovmaq və ya travma nəticəsində damarlar zədələnərək qan saxlaya bilər.
7. Quru mühit və siqaret tüstüsü – havanın quru olması və tüstü göz səthini qıcıqlandırır.
8. Yüksək qan təzyiqi və damar problemləri –bəzi hallarda gözün qızarması sistemik xəstəliklərin əlaməti ola bilər.
Bəs, nə zaman həkimə müraciət etməli?
– Qızartı uzun müddət keçmirsə
– Şiddətli ağrı, görmə zəifliyi və ya işığa həssaslıq varsa
– Gözdə irinli axıntı müşahidə olunursa
Gözlərin qan qoyması bəzən sadə yorğunluqdan qaynaqlansa da, bəzi hallarda ciddi xəstəliklərin əlaməti ola bilər. Ona görə də, vəziyyət davamlı olarsa, mütləq oftalmoloqa müraciət etmək lazımdır.