
Zoğal həm dadı, həm də zəngin qida tərkibi ilə sağlamlıq üçün son dərəcə faydalı meyvələrdən biridir. Təbabətdə qədimdən istifadə olunan bu meyvə orqanizmi gücləndirir, bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
Foodinfo.az zoğalın əsas faydalarını təqdim edir:
1. İmmuniteti möhkəmləndirir
Tərkibindəki yüksək C vitamini orqanizmi virus və bakteriyalara qarşı daha dözümlü edir.
2. Qan dövranını yaxşılaşdırır
Zoğal qanın durulaşmasına kömək edir, ürək-damar xəstəlikləri riskini azaldır.
3. Həzm sisteminə faydalıdır
Meyvənin turş dadı mədə şirəsinin ifrazını artırır, həzmi asanlaşdırır.
4. Antimikrob və iltihab əleyhinə təsir göstərir
Soyuqdəymə, boğaz ağrısı və qrip zamanı zoğal şirəsi ənənəvi müalicə vasitəsi kimi istifadə olunur.
5. Qan azlığına qarşı faydalıdır
Dəmir və digər minerallarla zəngin olduğu üçün qanazlığının qarşısını almağa kömək edir.
6. Sidikqovucu təsirə malikdir
Böyrəklərin fəaliyyətini yaxşılaşdırır, sidik yolları infeksiyalarının qarşısının alınmasında faydalıdır.
7. Qocalmanı ləngidir
Antioksidant maddələr sayəsində hüceyrələrin yenilənməsinə dəstək olur və orqanizmi sərbəst radikallardan qoruyur.
Mütəxəssislər zoğalın təzə halda yeyilməsini, həmçinin kompot, mürəbbə və şirə formasında qəbul edilməsini məsləhət görürlər.
Lakin turşuluq dərəcəsi yüksək olduğundan mədə xorasından əziyyət çəkənlər ehtiyatla istifadə etməlidirlər.