Yaz aylarında bir çox insan mövsümi allergiyadan əziyyət çəkir. Xüsusilə bitkilərin çiçəklənmə dövründə bu problem daha da kəskinləşir.

Foodinfo.az xəbər verir ki, allergoloq mövsümi allergiyanın qarşısını almaq üçün əsas prinsipin allergenlə təması minimuma endirmək olduğunu bildirib. Mütəxəssis qeyd edir ki, düzgün profilaktika simptomları xeyli yüngülləşdirə bilər.

Onun sözlərinə görə, gündəlik həyat tərzində edilən kiçik dəyişikliklər belə böyük fərq yaradır.

Allergiyadan qorunmaq üçün əsas qaydalar

Səhər tezdən və quru, isti havalarda çölə çıxmamaq

Erkən saatlarda pəncərələri açmamaq

Evdə hava təmizləyici cihazlardan istifadə etmək

Çiçəklənmə dövründə təbiətə getməmək

Küçədən gəldikdən sonra duş qəbul etmək

Gəzinti zamanı qoruyucu eynəklərdən istifadə etmək

Avtomobildə pəncərələri bağlı saxlamaq

Qida ilə bağlı gizli risklər

Mütəxəssislər bildirir ki, polen allergiyası olan insanlarda bəzən qidalara qarşı həssaslıq da yaranır. Xüsusilə aşağıdakı məhsullar reaksiyaya səbəb ola bilər:

qoz-fındıq

alma

gilas

yerkökü

kərəviz

kivi

Həkimlər tövsiyə edir ki, allergiyanın ilk əlamətləri ortaya çıxan kimi özbaşına müalicə ilə kifayətlənməyin. Ən doğru addım allergoloqa müraciət edərək allergiyanın səbəbini dəqiq müəyyənləşdirmək və uyğun müalicə planı seçməkdir.