Sitrus ailəsinə aid olan berqamot həm xoş ətiri, həm də sağlamlığa müsbət təsirləri ilə seçilir. Foodinfo.az xəbər verir ki, bu bitkinin efir yağı və ekstraktı əsrlərdir həm təbii müalicə vasitəsi, həm də aromaterapiya üçün istifadə olunur.

Berqamotun tərkibindəki C vitamini və antioksidantlar immun sistemini gücləndirir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. 

Bundan əlavə, bəzi elmi araşdırmalar berqamot ekstraktının pis xolesterini aşağı salaraq ürək-damar sağlamlığına müsbət təsir göstərə biləcəyini ortaya qoyub.

Berqamot efir yağı isə stress və narahatlığı azaldır, sinir sistemini sakitləşdirir və yuxu keyfiyyətini yaxşılaşdırır. 

Həmçinin həzm problemlərinə kömək edir, dəriyə antiseptik təsir göstərərək sızanaq və iltihabi halların qarşısını ala bilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, berqamot yağı birbaşa dəriyə tətbiq edildikdə günəş şüalarına qarşı həssaslıq yarada bilər. Buna görə də istifadəsi zamanı diqqətli olmaq tövsiyə olunur.