Novruz bayramında süfrələrimiz qoz, fındıq, badam, püstə və digər çərəzlərlə zəngin olur. Gündə bir ovuc (20–30 qram) çərəz yemək kifayətdir: enerji verir, immuniteti gücləndirir və zehni fəaliyyəti artırır.

Lakin bəzi insanlar üçün çərəzlər ciddi təhlükə yarada və ömürboyu davam edə bilər. Çərəz allergiyası ən riskli qida allergiyalarından biridir. Xüsusilə yerfındığı, qoz, fındıq, badam yüksək allergik potensiala malikdir.

Bu barədə Foodinfo.az AQTİ-yə istinadən bildirir.

Unutmayın ki, çərəzlər təkcə açıq halda deyil, şokolad, tort, desert və səhər yeməyi məhsullarında da ola bilər. 

Novruz süfrəsini həm ləzzətli, həm də təhlükəsiz keçirmək mümkündür. Əsas məsələ faydanı bilmək, normanı qorumaq və allergiyası olan şəxslər üçün riskləri nəzərə almaqdır.