Həkimlərin reflüks adlandırdığı bu problem mədə turşusunun qida borusuna qayıtması ilə yaranır və yanma, ürəkbulanma kimi əlamətlərlə özünü göstərir. 

Foodinfo.az xəbər verir ki, düzgün qidalanma vərdişləri bu narahatlığın qarşısını almaqda əsas rol oynayır.

1. Az-az, tez-tez yemək

Böyük porsiyalar mədəni həddən artıq doldurur və turşunun geri qayıtmasına səbəb olur. Gün ərzində kiçik porsiyalarla qidalanmaq daha faydalıdır.

2. Yağlı və qızardılmış qidalardan uzaq durmaq

Bu cür qidalar həzmi çətinləşdirir və reflüks əlamətlərini artırır.

3. Qəhvə və qazlı içkiləri azaltmaq

Kofein və qazlı içkilər mədə turşusunun artmasına səbəb ola bilər.

4. Acı və turş qidaları məhdudlaşdırmaq

Acı ədviyyatlar və turş meyvələr bəzi insanlarda reflüksü gücləndirir.

5. Yeməkdən dərhal sonra uzanmamaq

Mütəxəssislər yeməkdən sonra ən azı 2-3 saat dik vəziyyətdə qalmağı tövsiyə edir.

6. Axşam yeməyini yüngül etmək

Gec saatlarda ağır yeməklər reflüks riskini artırır. Axşam yeməyi daha sadə və yüngül olmalıdır.

7. Sağlam çəki saxlamaq

Artıq çəki qarın boşluğuna təzyiqi artıraraq reflüksü gücləndirə bilər.

Hər orqanizmin reaksiyası fərqlidir. Buna görə də hansı qidaların sizdə reflüks yaratdığını müşahidə etmək və fərdi pəhriz qurmaq vacibdir.

Qeyd edək ki, düzgün qidalanma və həyat tərzi dəyişiklikləri reflüks əlamətlərinin azaldılmasında ən təsirli üsullardan biri hesab olunur.