
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pәrakәndә ticarәt şәbәkәsindә istehlakçılara
28 054,9 mln manatlıq, o cümlәdәn
15 121,4 mln manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları,
12 933,5 mln manatlıq qeyri-әrzaq malları satılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə,
2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә cari ilin yanvar-sentyabr aylarında pәrakәndә ticarәt dövriyyәsi real ifadәdә
1,6%, o cümlәdәn qeyri-әrzaq malları üzrә
6,3% azalıb, әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları üzrә isә
3,1% artıb.
Hesabat dövründә әhalinin bir nәfәrinә düşәn orta aylıq pәrakәndә ticarәt dövriyyәsi
312,6 manat vә ya
2019-cu ilin müvafiq dövrünün göstәricisindәn nominal ifadәdә
2,9 manat çox olub. Ticarәt şәbәkәsindә bir ölkә sakini orta hesabla ayda
168,5 manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları,
144,1 manatlıq qeyri-әrzaq malları alıb.
Bu ilin yanvar-sentyabr aylarında istehlakçıların pәrakәndә ticarәt şәbәkәsindә xәrclәdiyi vәsaitin
53,9 faizi әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatlarının,
15,7%-i toxuculuq mәhsulları, geyim vә ayaqqabıların,
5,7%-i elektrik malları vә mebellәrin,
5,3%-i avtomobil benzini vә dizel yanacağının,
1,8%-i әczaçılıq mәhsulları vә tibbi lәvazimatların,
0,8%-i kompüterlәr, telekommunikasiya avadanlıqları vә çap mәhsullarının,
16,8%-i isә digәr qeyri-әrzaq mallarının alınmasına sәrf olunub.