Səhər oyanan kimi su içmək sadə görünsə də, orqanizm üçün çoxsaylı faydalar yaradır. Foodinfo.az “Aif.ru” saytına istinadla xəbər verir ki, terapevt Nadejda Çernışova hər günə bir stəkan su ilə başlamağın bədənin ümumi sağlamlığı üçün vacib olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən maye itirir və səhər acqarına içilən su bu itkini bərpa edir, eyni zamanda həzm sistemini aktivləşdirir. Su mədə-bağırsaq traktının motorikasını stimullaşdırır və orqanizmi günə hazırlayır.
Həkim qeyd edib ki, həm ilıq, həm də sərin su içmək eyni dərəcədə faydalıdır. Onun sözlərinə görə, sərin su xüsusilə bağırsaq hərəkətliliyində problem yaşayan insanlara kömək edir. Yaponlar bu praktikaya “mədənin yuyulması” adını veriblər.
Çernışova əlavə edib ki, səhər içilən su qaraciyərin və böyrəklərin fəaliyyətini dəstəkləyir, orqanizmdən toksinlərin xaricini sürətləndirir və yüngül ödqovucu təsir göstərir. Həkim səhər suyu yeməkdən, çaydan və ya qəhvədən təxminən 20-30 dəqiqə əvvəl içməyi tövsiyə edib.






