Restoranda menyunu açarkən ilk baxışın hara yönəldiyi təsadüfi deyil. Mütəxəssislər bildirirlər ki, menyunun dizaynı insanların seçimlərinə ciddi təsir göstərir.

Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, marketinq və istehlakçı davranışı üzrə aparılan araşdırmalara görə, insanların gözü menyunu açdıqda ilk növbədə sağ yuxarı hissəyə yönəlir. Buna görə də restoranlar ən gəlirli və ya xüsusi təqdim etmək istədikləri yeməkləri məhz həmin hissədə yerləşdirirlər.

Ekspertlərin sözlərinə görə, menyuda fotoşəkillərin, xüsusi çərçivələrin və fərqli şriftlərin istifadəsi də sifariş ehtimalını artırır. Bəzi restoranlar qiymətləri diqqət çəkməyən formada təqdim etməklə müştərinin daha bahalı seçim etməsinə çalışırlar.

Mütəxəssislər hesab edirlər ki, menyu sadəcə yeməklərin siyahısı deyil, eyni zamanda davranış psixologiyasına əsaslanan marketinq alətidir.