Əksər insanlar mətbəxdə ən çirkli yerin zibil qabı olduğunu düşünür. Lakin mütəxəssislərin araşdırmaları fərqli nəticələr ortaya qoyub.

Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, mətbəxdə ən çox bakteriya toplayan əşyalardan biri qab yumaq üçün istifadə olunan süngərdir. Nəm mühit bakteriyaların sürətlə çoxalmasına şərait yaradır.

Araşdırmalara görə, kəsim taxtaları, soyuducunun tutacaqları, kran başlıqları və ədviyyat qabları da yüksək risk daşıyır. Bu əşyalara gün ərzində dəfələrlə toxunulur, lakin onlar nadir hallarda dezinfeksiya edilir.

Mütəxəssislər süngərlərin həftədə bir neçə dəfə dəyişdirilməsini, kəsim taxtalarının isə hər istifadədən sonra yaxşı yuyulmasını tövsiyə edirlər.

Qida təhlükəsizliyi üzrə ekspertlər bildirirlər ki, sadə gigiyena qaydalarına əməl etmək bir çox qida mənşəli infeksiyaların qarşısını ala bilər.