Sadə bir səhər yeməyi qan təzyiqinin normada qalmasına kömək edə bilər. Foodinfo.az xəbər verir ki, tanınmış həkimlər Yelena Malışeva, German Qandelman və Mixail Konovalov ürək-damar sağlamlığını qorumaq üçün faydalı bir səhər resepti təqdim ediblər.

Mütəxəssislərin fikrincə, bu reseptin əsas təsiri bitki liflərinin tərkibindədir. Həkim Mixail Konovalov bildirib ki, lif bədəndə artıq duzu və zərərli maddələri çıxarır, damarları möhkəmləndirir və təzyiqin artmasının qarşısını alır.

Yelena Malışeva qeyd edib ki, lifin ən çox olduğu qidalar qarğıdalı kəpəyi və çia toxumudur. Bu təbii məhsullar həm də maddələr mübadiləsini yaxşılaşdırır, ürəyin fəaliyyətinə müsbət təsir göstərir və xolesterinin artmasının qarşısını alır.

Həkimlərin tövsiyəsinə görə, səhər yeməyində bir kasa təbii qatığa bir xörək qaşığı qarğıdalı kəpəyi və bir xörək qaşığı çia toxumu əlavə edib qarışdırmaq kifayətdir. Dadını artırmaq üçün üzərinə bir ovuc giləmeyvə və ya alma doğramaq olar.

Bu qarışım həm toxluq hissi yaradır, həm də qan dövranını gücləndirir. Müntəzəm istifadə etdikdə təzyiqi sabit saxlayır, ürəyi qoruyur və ümumi sağlamlığa müsbət təsir göstərir.