
Azərbaycan mətbəxinin ayrılmaz hissəsi olan lavaş həm dadına, həm də sadə tərkibinə görə ən çox istehlak edilən un məmulatlarından biridir.
Foodinfo.az xəbər verir ki, düzgün miqdarda yeyildikdə lavaş həm faydalı, həm də orqanizm üçün enerji verici qida hesab olunur.
Lavaş əsasən un, su və duzdan hazırlanır. Çox vaxt mayasız bişirildiyi üçün o, digər çörək növlərinə nisbətən daha yüngül və tez həzm olunan məhsuldur.
Qidalanma üzrə mütəxəssislərin sözlərinə görə, lavaşın enerji dəyəri yüksəkdir və bədənə lazım olan karbohidratları təmin edir. Xüsusilə ət, tərəvəz və pendir kimi məhsullarla birgə yeyildikdə doyuruculuq və balans yaradır.
Bununla belə, ağ undan bişirilən lavaşın lif və vitamin baxımından kasad olduğu vurğulanır. Bu növ lavaşın çox miqdarda yeyilməsi qan şəkərinin sürətlə yüksəlməsinə və artıq çəkiyə səbəb ola bilər.
Sağlam qidalanma üçün tam buğda unundan duzsuz və yağsız şəkildə bişirilən lavaşı tövsiyə olunur. Belə variantlar həm pəhriz saxlayanlar, həm də həzm sistemi problemi yaşayanlar üçün daha uyğundur.