Payızın sonu təzə çiyələk mövsümüdür. Foodinfo.az xəbər verir ki, əgər siz tez-tez sidik yolları infeksiyası keçirirsinizsə, herpes səpkiləriniz tez-tez təkrarlanırsa, habelə xolesterin və təzyiqiniz yüksəkdirsə, çiyələk gündəlik qidaya mütləq daxil edilməlidir.

Diyetoloq, terapevt və kardioloq Tatyana Zalyotova bildirib ki, çiyələk güclü antioksidant və iltihab əleyhinə təsirə malikdir. Əsas təsirini ona verən maddələr proantosiyanidlərdir. Bu maddələr bakteriyaların sidik yolları və mədə divarına yapışmasının qarşısını alır, bu da sistit və uretritə qarşı əsas qorunma vasitəsidir.

Həkim əlavə edib ki, çiyələyi faydalı edən digər maddələr kversetin flavonoidi və C vitaminidir. Bunlar damar divarlarını möhkəmləndirir, iltihabı azaldır və oksidləşmə stresinə qarşı mübarizə aparır. Çiyələkdəki üzvi turşular – benzoik, limon və alma turşuları – həzmi yaxşılaşdırır, antibakterial təsir göstərir və ağız boşluğunda bakteriyalara qarşı da faydalıdır. Bu sayədə diş çürüməsi və diş əti xəstəlikləri riskini azaldır. Həmçinin bəzi virusların, məsələn herpesin, aktivliyini də azalda bilər.

Çiyələk pis xolesterini aşağı salır, damarları elastik saxlayır və təzyiqi yumşaq şəkildə azalda bilər.

Bu məhsulu xüsusilə aşağıdakı şəxslər gündəlik qidaya daxil etməlidir:

Xroniki sidik yolu infeksiyaları olanlar,

Ağız problemləri yaşayanlar,

Tez-tez soyuqdəymə keçirənlər,

Ürək-damar xəstələri.

Həkim xəbərdarlıq edir ki, oksalat daşları ilə böyrək xəstəliyi olanlar çiyələyi yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etməlidir, çünki bu meyvədə oksalatlar mövcuddur.