Qış aylarında süfrələrin sevimli tərəvəzlərindən biri olan turp tərkibindəki C vitamini, lif və antioksidantlar sayəsində orqanizm üçün çox faydalı hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tərəvəzin həddindən artıq istehlakı müəyyən sağlamlıq problemlərinə yol aça bilər.

Foodinfo.az xəbər verir ki, turp immuniteti gücləndirir, həzmi yaxşılaşdırır, bədəndən toksinlərin atılmasına kömək edir. Bununla yanaşı, qan dövranını tənzimləyir və qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir.

Ancaq bu faydalar yalnız ölçülü miqdarda qəbul edildikdə keçərlidir.

Turpun çox yeyilməsi bədəndə bəzi yan təsirlərə səbəb ola bilər:

1. Mədə və bağırsaq narahatlıqları: Turpun tərkibindəki kükürd birləşmələri həddindən artıq miqdarda qəbul edildikdə qaz, köp və mədə ağrısına səbəb ola bilər.

2. Qalxanabənzər vəziyə təsiri: Çiy turpda olan bəzi maddələr yodun mənimsənilməsini azalda bilər, bu isə qalxanabənzər vəz xəstəlikləri olan şəxslər üçün risklidir.

3. Aşağı təzyiq və ürək döyüntüləri: Turp bədəni soyudan təsirə malikdir. Hipotoniya (aşağı təzyiq) problemi olan insanlarda halsızlıq və başgicəllənmə yarada bilər.

4. Sidik ifrazını artırır: Turp təbii sidikqovucu təsirə malikdir, bu da böyrəklərdə yük yarada bilər.

5. Allergik reaksiyalar: Həssas şəxslərdə turp allergiyası qaşınma, səpkilər və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərə bilər.