Son illərdə dovşan əti həm pəhriz qidalanmada, həm də sağlam həyat tərzi üçün seçilən əsas məhsullardan birinə çevrilib.

Foodinfo.az xəbər verir ki, dovşan əti tərkibinə və qida dəyərinə görə digər ət növlərindən əhəmiyyətli dərəcədə fərqlənir.

Dovşan əti yağ baxımından çox az, zülal baxımından isə olduqca zəngindir. Bu xüsusiyyətinə görə o, pəhriz və ürək-damar xəstəliyi olan şəxslər üçün ideal qidadır.

Tərkibindəki B qrupu vitaminləri, xüsusilə B12 vitamini, sinir sistemi və qan dövranı üçün mühüm rol oynayır. Dovşan ətində həmçinin dəmir, fosfor, maqnezium və sink kimi minerallar da bol miqdarda mövcuddur.

Mütəxəssislərin fikrincə, bu ət növü asanlıqla həzm olunur və allergiya riski azdır. Ona görə də həm uşaqlar, həm də yaşlı insanlar üçün rahatlıqla tövsiyə edilir.

Dovşan ətinin ən mühüm fərqlərindən biri də onun aşağı xolesterin səviyyəsidir. Məsələn, mal və ya qoyun ətinə nisbətən 2-3 dəfə az yağ və xolesterin ehtiva edir. Bu səbəbdən, qan təzyiqi və piylənmə problemi olan şəxslər üçün daha təhlükəsiz hesab olunur.

Qidalanma üzrə mütəxəssislər dovşan ətini qızartmadan çox, buğda bişirmə və ya sobada hazırlamağı məsləhət görürlər. Bu zaman onun həm qida dəyəri, həm də dadı qorunur.