Payız mövsümünün nadir, amma çox faydalı meyvələrindən biri olan feyxoa həm dadı, həm də sağlamlığa təsiri ilə seçilir. Tərkibindəki vitaminlər, antioksidantlar və minerallar sayəsində orqanizm üçün çoxsaylı müsbət təsirləri var.

1. İmmuniteti gücləndirir

Feyxoa C vitamini ilə olduqca zəngindir. Gündəlik qəbul edildikdə orqanizmin virus və infeksiyalara qarşı müqavimətini artırır, xüsusilə payız-qış aylarında soyuqdəymədən qoruyur.

2. Beyin fəaliyyətini dəstəkləyir

Tərkibindəki yod beyin və sinir sisteminin düzgün işləməsinə kömək edir. Bu səbəbdən feyxoa xüsusilə uşaqlar və yaşlılar üçün çox faydalıdır.

3. Ürək-damar sağlamlığını qoruyur

Feyxoa kalium və antiosidantlarla zəngindir. Bu maddələr qan təzyiqini tənzimləyir, damar divarlarını möhkəmləndirir və “pis” xolesterinin azalmasına yardım edir.

4. Qan təmizləyici təsir göstərir

Meyvənin tərkibindəki lif və pektin qan dövranını yaxşılaşdırır, toksinləri orqanizmdən uzaqlaşdırır. Bu, həmçinin qaraciyərin fəaliyyətinə də müsbət təsir edir.

5. Arıqlamağa kömək edir

100 qram feyxoada cəmi 40–45 kkal var. Liflə zəngin olduğu üçün uzunmüddətli toxluq hissi yaradır və arıqlama prosesinə dəstək olur.

6. Dəri və saç üçün faydalıdır

Antioksidantlar və C vitamini dərini cavan saxlayır, saç follikullarını gücləndirir. Feyxoa həm də orqanizmdə kollagen istehsalını stimullaşdırır.

7. Ağız sağlamlığını qoruyur

Feyxoanın tərkibindəki təbii antibakterial maddələr diş ətini və ağız boşluğunu mikroblardan qoruyur.

Qan şəkəri yüksək olanlar feyxoanı ölçülü şəkildə yeməlidir, çünki tərkibində təbii şəkər var. Həddindən artıq yeyildikdə yod miqdarı çox olduğu üçün qalxanabənzər vəzi problemləri olanlarda ehtiyatla istifadə edilməlidir.