Foodinfo.az qida xəbərləri portalı özünün facebook səhifəsində iki məşhur şirniyyat şirkəti ilə bağlı keçirdiyi sorğunu yekunlaşdırıb.
Fevralın 16-da saat 00:30-da start verilən sorğu bir həftə davam edib və fevralın 23-də saat 00:30-da yekunlaşıb. Sonradan gələn səslər hesaba alınmayıb. Facebook istiifadəçilərinə "AZZA yoxsa VİVA?" sualı ünvanlanıb.
Sorğu zamanı VİVA 24 əla (like), AZZA 12 ürək (love) toplayıb. Şərh yazan şəxslərdən isə 4 nəfər VİVA, 12 nəfər AZZA-ya səs verib.
Daha iki nəfər sorğuda adı yer almayan şirkətlərin adlarını çəkib: bir nəfər "Güllüoğlu şirniyyat", bir nəfər "Xonça şirniyyat" şirkətini seçib.
Beləliklə, bir həftə davam edən sorğunun nəticələrinə əsasən, VİVA (ümumilikdə 28 səs) AZZA (ümumilikdə 24 səs) ilə müqayisədə 4 səs artıq toplayaraq qalib gəlib.
Qeyd edək ki, AZZA şirniyyat evinin əsası 2008-ci ildə qoyulub, VİVA isə 2011-ci ildən fəaliyyətdədir.
Foodinfo.az
Son xəbərlər
- Diyetoloq viaqra kimi fəaliyyət göstərən bir tərəvəzin adını çəkdi
- 15 dəqiqə ərzində qan şəkərinin səviyyəsini aşağı salır
- Yatmazdan 2 saat əvvəl bir dilim yesəniz, gecəni rahat yatarsınız
- Fasiləli aclığı dayandırmalı olduğunuz üç mühüm əlamət
- Bu üsul sağlamlığınıza zərər vermədən qəhvənizə şirinlik qatacaq
- Limon dilimlərini dondurun - 6 MƏSLƏHƏT