Bir çox insan artıq qalan yeməkləri yenidən qızdıraraq istehlak edir. Lakin bəzi qidalar düzgün saxlanılmadıqda və təkrar qızdırıldıqda sağlamlıq üçün risk yarada bilər.
Foodinfo.az xəbər verir ki, xüsusilə düyü, toyuq əti, göbələk və dəniz məhsullarının bişirildikdən sonra uzun müddət otaq temperaturunda saxlanılmamasını tövsiyə edirlər.
Bu məhsullarda bakteriyalar sürətlə çoxala bilər və sonradan qızdırmaq hər zaman bütün təhlükəni aradan qaldırmır.
Qidaların təhlükəsizliyi üçün bişmiş yeməklər iki saat ərzində soyuducuya yerləşdirilməli, yenidən istifadə zamanı isə tam qızdırılmalıdır. Bir dəfə qızdırılmış yeməyi təkrar-təkrar isitmək məsləhət görülmür.
Qida təhlükəsizliyi qaydalarına riayət etmək zəhərlənmə riskini əhəmiyyətli dərəcədə azaldır.






