Yay aylarının ən çox istehlak olunan meyvələrindən biri olan qarpız həm sərinləşdirici təsiri, həm də yüksək su tərkibi ilə seçilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, qarpız alarkən edilən bəzi səhvlər həm dadına, həm də keyfiyyətinə mənfi təsir göstərə bilər.

Foodinfo.az xəbər verir ki, qarpız seçərkən ilk növbədə qabığının bütöv olmasına diqqət yetirilməlidir. Çatlamış və ya zədələnmiş qarpızlar bakteriyaların çoxalması üçün əlverişli mühit yarada bilər. 

Həmçinin meyvənin alt hissəsində krem rəngli ləkənin olması onun günəş altında təbii şəkildə yetişdiyini göstərən əlamətlərdən biridir.

Kəsilmiş qarpızın uzun müddət açıq havada saxlanılması da təhlükəli hesab edilir.

Kəsildikdən sonra qarpız soyuducuda saxlanmalı və qısa müddətdə istehlak edilməlidir.

Düzgün seçilmiş və uyğun şəraitdə saxlanılan qarpız həm dadlı olur, həm də yay mövsümündə orqanizmin maye ehtiyacını qarşılamağa kömək edir.