AZZA yoxsa VİVA? – SORĞU

Foodinfo.az qida xəbərləri portalı özünün facebook səhifəsində növbəti sorğunu elan edir.

Növbəti sual Azərbaycanın iki məşhur şirniyyat şirkəti ilə bağlıdır: AZZA, yoxsa VİVA-nı (VİVA Desert) seçirsiz?

Facebook istifadəçilərindən AZZA-nı seçənlər ürək (love) , VİVA-nı seçənlər isə əla (like) işarəsini tıklamalıdır.

Fevralın 16-da saat 00:30-da start verilən sorğu bir həftə davam edəcək və fevralın 23-də saat 00:30-da yekunlaşacaq. Sonradan gələn səslər hesaba alınmayacaq. Qalib şirkətin adı fevralın 23-də açıqlanacaq.

Qeyd edək ki, AZZA şirniyyat evinin əsası 2008-ci ildə qoyulub, VİVA isə 2011-ci ildən fəaliyyətdədir.

Foodinfo.az

Tarix: / Foodinfo