Ramazan ayında çox istifadə olunan xurmanın faydaları saymaqla bitmir.

Foodinfo.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. 

Olduqca çox kaloriyə sahib olan bu məhsul toxluq hissi yaradır. Xurmanın tərkibində karbohidrat, protein, dəmir, maqneziyum, manqan, B6 vitamini vardır. 

Tərkibi zülallarla zəngin olan xurma bağırsaq fəaliyyətlərini sürətləndirərək qəbizliyə təsir göstərir. Bununla yanaşı xurma qanda şəkərin miqdarını tənzimləyir. Antioksidant təsirə malik xurma beynin funksiyalarına da təsir göstərir. Xurma beynə zərər vura biləcək zərərli proteinlərin təsirini azaldrı. Tərkibindəki kalsiyum, maqneziyum və fosfor kimi minerallar sümüklərimizin də qüvvətlənməsi üçün zəruridir.

Nurlan