“Avrora” MMC növbəti dəfə karyera günü keçirəcək. “Avrora” MMC, ailəsinin üzvü olmaq istəyən hər kəsi karyera gününə dəvət edir. Sürətlə inkişaf edən, qarşısına qoyduğu hədəflərə uğurla addımlayan Avrora şirkəti öz komandasını genişləndirmək, eyni zamanda peşəkar kadrları cəlb etmək üçün 22.06.2023-cü il tarixində saat 10:00-dan 15:00-a qədər karyera günü təşkil edəcək.

Karyera günündə sürücü, sürücü köməkçisi, satış nümayəndəsi, merçendayzer, fəhlə, və müxtəlif istiqamətlərdə mütəxəssis kateqoriyalı vəzifələr üzrə müraciətlər qəbul ediləcək. Anket formasını dolduraraq müraciət etmiş namizədlər aktiv vakansiyalar üzrə uyğun olduğu təqdirdə təkrar müsahibəyə (imtahana) dəvət ediləcəklər.

Qeyd edək ki, karyera günündə iştirak edən namizədlərin bir qrupu gələcəkdə yaranacaq vakansiyalar üçün ehtiyat bazaya əlavə olunacaq. Gələcəkdə tələb yaranan zaman işə qəbul prosesində bu namizədlərə üstünlük veriləcək.

Karyera günündə iştirak etmək istəyən namizədlər 22.06.2023-cü il saat 10:00-dan etibarən Nərimanov rayonu, Aşıq Molla Cümə 46 C ünvanında yerləşən “Avrora” MMC-nin mərkəzi ofisinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaqları xahiş olunur.