Bəzi istehlakçılar tərəvəz və meyvələri mikroblardan qorumaq üçün sirkədə yuyurlar. Foodinfo.az bildirir ki, lakin bu üsul hər zaman sağlam deyil. Konsentrasiyası yüksək olan sirkə, xüsusilə də sənaye sirkələri meyvə-tərəvəzin səthində kimyəvi qalıqlar buraxa bilər.

Bu isə uzunmüddətli istifadə zamanı həzm sisteminə mənfi təsir göstərə bilər. Mütəxəssislər tərəvəzləri ilıq su və çay qaşığı qədər soda ilə yumağı daha təhlükəsiz hesab edirlər.