Günəş şüaları insan orqanizmi üçün həm faydalı, həm də zərərli ola bilər. Foodinfo.az xəbər verir ki, günəşdən düzgün istifadə edildikdə bədənin D vitamini sintezini gücləndirir, amma həddindən artıq təsir dəri və göz sağlamlığı üçün risk yaradır.

Amerikalı dermatoloq Dr. Debra Jaliman “Healthline” portalına açıqlamasında bildirib ki, günəşdən gündə 15–20 dəqiqəlik orta dərəcəli təsir D vitamininin ehtiyacını qarşılamaq üçün kifayətdir. Onun sözlərinə görə, günəşdə uzun müddət qalmaq dəri xərçəngi riskini artırır.

Mütəxəssislər bildirirlər ki, günəş eyni zamanda əhval-ruhiyyəni yaxşılaşdırır və yuxu ritmini tənzimləyən melatonin hormonunun istehsalına təsir göstərir. Lakin ultrabənövşəyi (UV) şüaların güclü saatlarında, xüsusilə günorta vaxtı, açıq havada uzun müddət qalmaq təhlükəlidir.

Jaliman əlavə edib ki, qoruyucu kremdən istifadə, baş örtüyü və gün eynəyi zərərli şüaların təsirini azalda bilər. O, valideynlərə uşaqları saat 11-dən 16-ya qədər günəş altında qorumasız buraxmamağı tövsiyə edib.

Beləliklə, günəşin faydasından yararlanmaq üçün balans tapmaq vacibdir – azı D vitamini üçün, çoxu isə sağlamlıq riskləri üçün.