
Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə cari ilin 6-11 oktyabr tarixlərində balıqların infeksion və invazion xəstəliklərinə dair epizootoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə 16 balıqçılıq subyektində monitorinq keçiriləcək.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Monitorinq çərçivəsində balıqların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış keçirməklə, maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Əldə olunan məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq.
Tədbirlər zamanı götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
