
Mütəxəssislər bildirir ki, sarıkök həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi sağlamlıq üçün çox faydalıdır. Onun tərkibindəki əsas maddə –kurkumin güclü antioksidant və iltihab əleyhinə təsiri ilə tanınır.
Foodinfo.az sarıkökün 7 faydasını təqdim edir:
1. İltihab əleyhinə təsir göstərir
Sarıkök iltihab proseslərini azaldaraq oynaq ağrılarına və revmatizmə qarşı faydalıdır.
2. Güclü antioksidantdır
Kurkumin bədəndə sərbəst radikalları zərərsizləşdirir və hüceyrələrin qocalma prosesini ləngidir.
3. Həzm sisteminə yaxşı təsir edir
Sarıkök qaraciyəri qoruyur, öd axımını artırır və həzm problemlərini yüngülləşdirir.
4. Ürək-damar sağlamlığını dəstəkləyir
Xolesterin səviyyəsini tənzimləməyə kömək edir və damarların elastikliyini qoruyaraq ürək xəstəliklərinin riskini azaldır.
5. İmmuniteti gücləndirir
Müntəzəm istifadə zamanı immun sistemini gücləndirərək infeksiyalara qarşı müqaviməti artırır.
6. Beyin fəaliyyətini dəstəkləyir
Araşdırmalar göstərir ki, sarıkök yaddaşı gücləndirir, beyin hüceyrələrini qoruya və Alzheymer riskini azaldır.
7. Dəri sağlamlığına faydalıdır
İltihab və sızanaqları azaldır, dəriyə parlaqlıq verir və yaraların sağalmasını sürətləndirir.
Sarıkök gündəlik qidalanmaya qatıldıqda həm profilaktik, həm də müalicəvi təsir göstərir. Ancaq həddindən artıq istifadəsi qaraciyərə yük ola bilər.