
Pendir seçərkən həm keyfiyyət, həm də sağlamlıq baxımından bəzi nüanslara diqqət etməyi tövsiyə edilir.
– Etiket və tərkib: Pendirin üzərindəki etiket mütləq oxunmalıdır. İçindəki qatqı maddələri, duz miqdarı, yağ nisbəti və saxlanma müddəti diqqətlə yoxlanılmalıdır.
– Maya və qatqılar: Təbii maya ilə hazırlanmış pendirlər daha faydalı hesab olunur. Süni qatqılar və konservantlardan ibarət məhsullardan uzaq durmaq məsləhətdir.
– Yağ və duz miqdarı: Çox yağlı və duzlu pendirlər ürək-damar xəstəlikləri və təzyiq problemi olanlar üçün risk yarada bilər. Daha balanslı pendir növləri seçilməlidir.
– Rəng və qoxu: Keyfiyyətli pendirin rəngi təbii ağdan krem rənginə qədər dəyişə bilər. Çox sarı, xoşagəlməz qoxulu pendirlərdə keyfiyyət problemi ola bilər.
– Saxlanma şəraiti: Pendir soyuducuda saxlanılmalı və qablaşdırması zədələnmiş məhsullar alınmamalıdır.
– Mənbə və mənşə: Mümkün qədər yerli istehsalçıların, etibarlı brendlərin məhsulları seçilməlidir.
Qida mütəxəssislərinin fikrincə, düzgün seçilmiş pendir kalsium və zülal baxımından çox faydalıdır, amma normadan artıq istehlak edilməməlidir.