Balıq yağı orqanizm üçün vacib olan omeqa-3 yağ turşuları ilə zəngindir, lakin onun qəbul vaxtı təsirini dəyişə bilər. Foodinfo.az xəbər verir ki, mütəxəssislərə görə, balıq yağını səhərlər yeməkdən sonra qəbul etmək, onun sorulmasını və təsirini artırır.

Axşam saatlarında qəbul isə bəzi insanlarda qıcqırma və həzm problemlərinə səbəb ola bilər. Həmçinin, omeqa-3-in enerji verici təsiri olduğundan gecə içilməsi yuxu rejimini poza bilər. Ən yaxşısı, onu gündəlik yemək vaxtına sabitləməkdir.

Davamlılıq isə bu əlavənin əsas fayda mənbəyidir.