Dünyanın ən yaşlı insanları siyahısında olan 114 yaşlı Bonita Gibson uzunömürlülüyünün əsas sirrinin kartof olduğunu deyir.

Foodinfo.az bildirir ki, o, pəhrizində həmişə tərəvəzə üstünlük verib və kartofu müxtəlif üsullarla bişirməklə menyusunu zənginləşdirib.

Bonita Gibson sadə emal üsullarını seçməyi və tərəvəzlərin faydalarını qorumağı tövsiyə edir. O, sağlam həyat tərzi sürüb, siqaret çəkməyib, spirtli içkiləri nadir hallarda qəbul edib və həyat hadisələrinə həmişə müsbət baxıb. Təqaüdçünün uzunömürlülüyünün digər sirri də bu müsbət münasibətdir.