Kartof dünyanın ən məşhur qidalarından biri hesab olunur. Adətən qaynadılmış, qızardılmış və ya bişmiş şəkildə istifadə edilən bu tərəvəz bəzən bəzi insanlar tərəfindən çiy halda da yeyilir. Mövzu isə xam qida həvəskarları və qeyri-standart pəhriz tərəfdarları üçün maraq doğurur.

Foodinfo.az bildirir ki, qidalanma mütəxəssisi belə məhsulun hansı hallarda istifadəsinin yolverilməz olduğunu açıqlayıb. Onun sözlərinə görə, çiy kartof yemək müəyyən risklərlə əlaqələndirilir və bəzi hallarda orqanizm üçün təhlükə yarada bilər.

Mütəxəssis qeyd edib ki, çiy kartofun tərkibində sağlamlıq üçün zərərli maddələr ola bilər. Bununla yanaşı, tərəvəzin tərkibi barədə də məlumat verilib. Belə ki, 100 qram çiy kartofda 77 kilokalori, 2 qram protein, 0,1 qram yağ, 17 qram karbohidrat və 2,2 qram lif mövcuddur.

Kartof həmçinin B və C vitaminlərinin mənbəyi olmaqla yanaşı, tərkibində mis, kalium, dəmir, fosfor, manqan, maqnezium və sink də saxlayır.

Mütəxəssis çiy kartof yemək istəyənlərin ehtiyatlı olmasını tövsiyə edib və bəzi hallarda bu məhsulun istifadəsinin qadağan olduğunu vurğulayıb.