Zəncəfil təkcə yeməklərə dad qatmaqla qalmır, həm də orqanizmin müdafiə sistemini gücləndirir. Foodinfo.az xəbər verir ki, İngiltərənin London Universitetinin Sağlamlıq Elmləri Fakültəsinin professoru Sara Mitchell zəncəfilin təbii iltihab əleyhinə və antiviral xüsusiyyətlərinə diqqət çəkib.

Professor “The Guardian” qəzetinə müsahibəsində bildirib ki, zəncəfil orqanizmdə iltihab proseslərini azaldır, soyuqdəymə və qrip kimi xəstəliklərin qarşısını almağa kömək edir.

Mitchell həmçinin vurğulayıb ki, zəncəfil təbii antioksidantdır və hüceyrələrin yaşlanmasının qarşısını almaq üçün faydalıdır.

Gündəlik qidalanmaya az miqdarda zəncəfil əlavə etmək immun sistemini dəstəkləyir və bədəni daha dayanıqlı edir.