Diyetoloq Brittany Lubeck ananasın beş qeyri-aşkar faydasını açıqlayıb.

Foodinfo.az bildirir ki, birincisi, ananas həzmi yaxşılaşdırır. Tərkibindəki bromelain fermenti zülalların parçalanmasına kömək edir və bağırsaq sağlamlığını dəstəkləyir.

İkincisi, bromelain ağrı və iltihabı azaldır. O, artrit, neyropatiya və idman zədələrindən yaranan ağrıları yüngülləşdirə, əməliyyatdan sonrakı şişkinliyi azalda bilər.

Üçüncüsü, ananas qaraciyəri qoruyur. Heyvanlar üzərində aparılan tədqiqatlarda xolesterol və qaraciyər yağlanması riskinin azaldığı müşahidə olunub.

Dördüncüsü, ananas qan dövranını yaxşılaşdırır. O, damarları gücləndirir və ürək xəstəlikləri riskini azalda bilər.

Beşincisi, bromelain iltihabla mübarizə aparır və xroniki xəstəliklərin qarşısını almağa kömək edir.

Ananası allergiyası olanlar, hamilə və süd verən qadınlar, eləcə də müəyyən dərman qəbul edənlər diqqətli olmalıdır. Həddindən artıq qəbul ürəkbulanma, ishal və baş ağrısına səbəb ola bilər.