Hər səhər bir fincan qəhvə ilə günə başlayanlar üçün sevindirici xəbər var. Foodinfo.az xəbər verir ki, Türkiyənin Hacettepe Universitetindən nevrologiya üzrə mütəxəssis Dr. Ayşe Demir qəhvəyə əlavə olunan darçının yaddaş funksiyalarını gücləndirdiyini və beyin fəaliyyətini stimullaşdırdığını açıqlayıb.
Onun sözlərinə görə, darçın tərkibindəki sinnamaldehid maddəsi neyronlar arasında siqnal ötürülməsini sürətləndirir, bu da diqqət və yaddaşın güclənməsinə səbəb olur.


"Journal of Neurochemistry" jurnalında dərc olunan tədqiqatda göstərilib ki, mütəmadi olaraq az miqdarda darçın qəbul edən şəxslərin test nəticələri, qavrama bacarıqları və qısa müddətli yaddaş göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlmişdir.


Dr. Demir vurğulayır ki, darçın həm də qan şəkərini stabilləşdirir, bu isə gün ərzində zehni yorğunluğun qarşısını alır.
Bir çimdik darçını səhər qəhvənizə əlavə etməklə həm beyninizə qulluq etmiş olarsınız, həm də dad baxımından içkinizə fərqli aroma qata bilərsiniz.
Bu sadə vərdiş həm tələbələr, həm də çox işləyən ofis işçiləri üçün xüsusilə faydalı ola bilər.
Darçınlı qəhvə – həm ləzzətli, həm də “ağıllı” seçim!