
Amerikalı alimlərin yeni araşdırması göstərir ki, vegan pəhrizinə keçid 16 həftə ərzində 6 kq-a qədər — yəni həftədə təxminən 0,5 kq — arıqlamağa imkan verir. Eyni zamanda, yağsız ətdən ibarət Aralıq dənizi pəhrizi bu effekti verməyib.
Foodinfo.az bildirir ki, 62 kiloqram çəkidə olan yetkin şəxslər üzərində aparılan tədqiqat vegan pəhrizinin iltihabı və maddələr mübadiləsini pozan qida turşusu səviyyəsini azaltdığını ortaya qoyub. Müqayisədə, Aralıq dənizi pəhrizi kilo itkisinə əhəmiyyətli təsir göstərməyib.
Mütəxəssislər tərəvəzlərə — brokoli, çuğundur, yarpaqlı göyərti, yerkökü, sarımsaq — meyvələrə — giləmeyvə, alma, bostan, ərik — eləcə də paxlalılar və taxıl məhsullarına üstünlük verməyi tövsiyə edirlər.
Dietoloqlar qeyd edir ki, vegan pəhrizində B12, D vitamini, dəmir və yod çatışmazlığı riski olur. Bu isə yorğunluq, anemiya və sümük problemlərinə səbəb ola bilər. Ona görə pəhrizin diqqətlə planlanması və mütəxəssis məsləhəti ilə əlavə vitaminlərin qəbulu vacibdir.
Araşdırma "Frontiers in Nutrition" jurnalında dərc olunub.